Pedro Mateuş "Karvan-Yevlax" klubundan ayrılıb
Portuqaliyalı qapıçı Pedro Mateuş 2026/2027 mövsümündən Azərbaycan I Liqasında çıxış edəcək "Karvan-Yevlax" klubundan ayrılıb.
Bölgə təmsilçisindən verilən məlumata görə, 29 yaşlı qolkiperin müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Pedro Mateuş "Karvan-Yevlax"ın heytində 20 oyuna çıxıb.
"Cebheinfo.az"

