Sağlam Ailə Modeli – Güclü Gələcəyə Zəmanətdir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən 1 may tarixindən etibarən həyata keçirilən layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan və yeni ailə quran gənclərin maarifləndirilməsi, onlara hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsidir. Layihə Sumqayıt şəhəri və Şimal regionlarının əhalisini əhatə edir.
May ayı ərzində 48 benefisiara müxtəlif xidmətlər göstərilmişdir. Gənclər və gənc ailələr üçün 2 seminar təşkil olunmuşdur. Seminarlarda ailə dəyərləri mövzusu ətrafında diskussiyalar aparılmış, iştirakçılar hüquqi cəhətdən maarifləndirilmişdir.
May ayı üzrə göstəricilər:
- Hüquqi xidmət: 31 nəfər
- Psixoloji xidmət: 17 nəfər
Zenfira Mustafayeva
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri
"Cebheinfo.az"

