Paşinyanın keçmiş arvadına qarşı 14 iddia qaldırıldı
"Müstəqil Müşahidəçi" ictimai bloku Anna Akopyana qarşı İnzibati Məhkəmədə 14 iddia qaldırıb.
"Yeni Sabah" Pastinfo-ya istinadla xəbər verir ki, hələlik iddiaların heç biri icraata qəbul edilməyib.
Xatırladaq ki, "Müstəqil Müşahidəçi" seçkiqabağı dövrdə qanunvericilik qadağasına baxmayaraq, "Mənim Addımım" Fondunun Vətəndaş Müqaviləsi Partiyası və şəxsən Nikol Paşinyana bağlı xeyriyyəçilik fəaliyyəti ilə bağlı problemləri sənədləşdirib. Blok Anna Akopyanın 15 müxtəlif cinayətə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə İnzibati Məhkəməyə müraciət etdiyini bildirib. "Mənim Addımım" Fondunun icraçı direktoru Anna Akopyan aprelin 27-də "Müstəqil Müşahidəçi"nin bəyanatı ilə hüquqlarının pozulduğundan şikayət edib.
Bundan başa, "Məlumatlı Vətəndaşlar2 Birliyi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi və s. iddia qaldırıb. Lakin məhkəmə düzəlişlər üçün iddianı geri qaytarıb.
"Cebheinfo.az"

