Ağdam Sənaye Parkında polietilen boru istehsal ediləcək

Ağdam Sənaye Parkında polietilen boru istehsal ediləcək

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsi həyata keçirəcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata əsasən, "Ceer Plastik" MMC-yə Agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Layihənin investisiya dəyəri 5 milyon manatdır.

Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1 000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

"Cebheinfo.az"