Yol polisi skuterçini faciədən xilas etdi - GÖRÜNTÜ

Yol polisi skuterçini faciədən xilas etdi - GÖRÜNTÜ

Paytaxtın intensiv axınlı yollarından birində skuter sürücüsü qaydaları pozaraq hərəkətli hissədən keçməyə cəhd edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yaranmış təhlükəli vəziyyəti vaxtında müşahidə edən yol polisi əməkdaşı dərhal müdaxilə edərək sürücünü saxlayıb və mümkün qəzanın qarşısını alıb.

"Unutmayaq ki, skuter və digər fərdi hərəkət vasitələrini idarə edən şəxslərin yolun işlək hissəsinə çıxması həm onların, həm də digər iştirakçıların həyatı üçün ciddi risk yaradır. Yol polisi tərəfindən görülən bu tədbir bir daha göstərir ki, təhlükəsizliyin təmin olunması bəzən bir saniyəlik düzgün qərardan asılıdır.

Yol polisi mümkün faciəni dayandırdı", - məlumatda qeyd olunub.

https://t.me/oxuaze/184917

"Cebheinfo.az"