ABŞ-İran razılaşması ilə bağlı YENİ DETALLAR

ABŞ-İran razılaşması ilə bağlı YENİ DETALLAR

"İmzalanmış müqavilə İranın heç vaxt nüvə silahına malik olmayacağı, əldə etməyə cəhd göstərməyəcəyi və satın almayacağı deməkdir". 

"Cebheinfo.az"-ın məlumatına görə, ABŞ-nin müharibə naziri Pit Heqset belə deyib. 

Jurnalistin "Obamanın nüvə müqaviləsində də eyni şeyin qeyd olunduğu" barədə şərhinə Heqset belə cavab verib:

"Böyük fərq ondadır ki, biz bunu güc yolu ilə etdik".

Bundan başqa, Pentaqon rəhbəri bildirib ki, ABŞ regionda böyük hərbi qüvvələri saxlamağa davam edəcək və İran öhdəliklərini yerinə yetirməyəcəyi  təqdirdə, ona qarşı blokadanı yeniləyəcək.

Müşfiq Abdulla
"Cebheinfo.az"