Özgür Özelin reytinqi qalxıb
Məhkəmənin "mütləq etibarsızlıq" qərarı ilə Cümhuriyyət Xalq Partiyası (CHP) sədrliyindən kənarlaşdırılan Özgür Özəlin partiya daxilində tərəfdarları yüksək olaraq qalır.
"Cebheinfo.az"-ın məlumatına görə, Bulgu Araştırma Mərkəzinin bununla bağlı apardığı rəy sorğunun nəticələri məlum olub.
Belə ki, seçicilərdən CHP-nin seçilmiş lideri Özgür Özəlin "mütləq etibarsızlıq"dan sonra yeni bir partiya qurma ehtimalı ilə bağlı fikir öyrənilib.
Sorğuda iştirak edən CHP seçicilərinin 67 %-i, yeni bir partiya quracaqları təqdirdə Özgür Özəl və həmkarlarına səs verəcəklərini bildiriblər.
Bu məlumatlar, CHP bazasının böyük əksəriyyətinin Özgür Özəlin liderliyini qəbul etdiyini və mövcud partiya daxili inkişaflarına qarşı onun ətrafında birləşdiyini göstərir.
"Ölkənin problemlərini hansı partiya həll edəcək" sualına verilən cavablar siyasi partiyalara inamın azaldığını aşkara çıxarıb.
Ən yüksək göstərici 26,6 faizlə "heç biri" variantı olub. Respondentlərin yalnız 18,4 faizi CHP-nin mövcud problemləri həll edə biləcəyinə inandığını, 18,3 faizi isə AKP-nin olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 9 faizi cavab verməkdə çətinlik çəkib, 42,3 faizi isə müxalifət partiyalarının hakim AKP-yə qarşı ortaq bir blok yaratmasını dəstəkləyib.
Müşfiq Abdulla
"Cebheinfo.az"

