İsrail polisi "Əl-Cəzirə"-yə canlı yayım verən şəxsi axtarır

İsrail polisi "Əl-Cəzirə"-yə canlı yayım verən şəxsi axtarır

İsrail polisi İranın ölkəyə hücumları zamanı şimal sahil bölgəsinə raket enişinin canlı görüntülərini “Əl-Cəzirə” kanalı üçün yayımlayan şəxsin axtarışına başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, dünən gecə baş verən son hücumlar zamanı Qətərin “Əl-Cəzirə”, Səudiyyə Ərəbistanının “Əl- Ərəbiyyə” və digər Yaxın Şərq kanalları zərbələrin canlı görüntülərini yayımlayıb.

Kanallarda eyni yerdə çəkilmiş eyni video yayıldığından, onların hamısında İsraildən canlı yayımı təmin edən eyni frilanser var idi.

Sahil polisi qrupları görüntüləri lentə alan şəxsi tapmaq üçün hərəkətə keçdiyini bildirilsə də,  axtarışın uğurlu olub-olmadığı barədə hələ heç bir məlumat verilməyib.

Məlumat üçün bildirək ki, ötən il hökumət Qətər kanalının İsraildəki ofislərini bağlamaq qərarına gəlib.

Xəzər
“Cebheinfo.az”