Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib

Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Samsun şəhərində qeydə alınıb.
Məlumata görə, yeddi fabrikdə işçilər toyuq ətindən zəhərləniblər. Onlarda ürəkbulanma, qusma, qızdırma, başgicəllənmə halları müşahidə olunub.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların durumlarının yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
"Cebheinfo.az"