Azərbaycanda güclü zəlzələ oldu: İlk açıqlama - YENİLƏNİB -1

Azərbaycanda güclü zəlzələ oldu: İlk açıqlama - YENİLƏNİB -1

Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

***

15:25

İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.

"Cebheinfo.az"