İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi

İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi

İsrailin müdafiə naziri İsrael Katz Fələstinin radikal HƏMAS hərəkatını ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun irəli sürdüyü təklifdən imtina edəcəyi təqdirdə məhv edəcəyi ilə hədələyib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Katz bu barədə “X” hesabında paylaşım edib.

“HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək, ya da məhv olmaq”, - israilli nazir qeyd edib.

Katz əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı, İsrail hərbçilərinin təhlükəsizliyi üçün havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum həyata keçirir.

"Cebheinfo.az"