Gəncədə küçədə döyülən 18 yaşlı oğlan öldü - YENİLƏNİB

Dünən axşam saatlarında Gəncə şəhərində 18 yaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
“Cebheinfo.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 18 yaşlı Elgün İbrahimov xəstəxanaya kəllə-beyin travması ilə qəbul olunub.
E.İbrahimovun şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
***
E.İbrahimov komatoz vəziyyətdə süni nəfəs avadanlığına qoşulub, vəziyyəti ağır olaraq qalır.
***
TƏBİB-dən saytımıza bildirilib ki, 13.05.2025-ci il tarixində saat 00:00 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.
“Cebheinfo.az”