Etna dağında böyük təhlükə

İtaliyada Etna vulkanı kül və lava püskürüb.
"Cebheinfo.az" xəbər verir ki, Etna vulkanının cənub-şərq kraterində 2900 metr yüksəklikdə dünən (12 may bazar ertəsi) axşam saatlarında başlayan və gecə saatlarında güclənən kül və lava püskürmə fəaliyyəti bu gün səhər saatlarına qədər davam edib.
Cənub-şərq kraterindən sızan maqma vulkanın yamacından cənub-şərq istiqamətində intensiv lava axınına səbəb olub.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi də vulkanda kül və lava atma fəaliyyətlərinin səhər saatlarında başa çatdığını təsdiqləyib.
Mətbuatda yer alan xəbərə görə, Etnanın səpdiyi kül yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusən də Zafferana Etnea qəsəbəsinə düşüb, kül buludu şərq və cənub-şərqə dağılıb.
Nigar Hacılı
"Cebheinfo.az"