IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək
"4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək, bu, tədrisin keyfiyyəti üçündür".
"Cebheinfo.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, monitorinq imtahanlarında 310 mindən çox şagird iştirak edəcək:
“İlk dəfə bu il 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək”.
Nigar Abdullayeva
"Cebheinfo.az"