Hərbi helikopter təlim zamanı dənizə məcburi eniş etdi

Hərbi helikopter təlim zamanı dənizə məcburi eniş etdi

Türkiyədə davam edən “DENİZKURDU-II/2025” təlimi zamanı Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus SH-70 tipli hərbi helikopterin uçuşu vaxtı texniki nasazlıq baş verib.

“Cebheinfo.az” NTV-yə istinadən xəbər verir ki, helikopter dənizə məcburi eniş edib.

Milli Müdafiə Nazirliyi helikopterin dörd ekipaj üzvünün vəziyyətinin yaxşı olduğunu bildirib.

Hərbçilər müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

“Cebheinfo.az”