Məzuniyyət mərasimində qalmaqal: Tələbənin boynundan dartıb çıxartdılar
Kanadada keçirilən məzuniyyət mərasimində müəllimin fələstinli tələbənin boynundakı keffiyəni çıxarması geniş ictimai rezonansa səbəb olub.
“Cebheinfo.az” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər mədəni simvollar və ifadə azadlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Kadrlardan görünür ki, müəllim səhnəyə çıxan tələbənin boynundakı keffiyəni çıxarır. Tələbə qısa müddət çaşqınlıq yaşasa da, mərasim daha sonra davam etdirilib.
Görüntülərin yayılmasının ardından çoxsaylı sosial media istifadəçiləri müəllimin davranışını sərt tənqid ediblər. Onlar bu müdaxiləni yolverilməz adlandıraraq, keffiyənin bir çox fələstinli üçün mədəni kimliyin və həmrəyliyin rəmzi olduğunu vurğulayıblar.
Qeyd edək ki, İsrail–Qəzza müharibəsindən sonra dünyanın müxtəlif universitetlərində keffiyənin istifadəsi və Fələstinə dəstək aksiyaları ilə bağlı oxşar müzakirələr davam edir.
Bəzi təhsil müəssisələri keffiyəni siyasi simvol kimi qiymətləndirsə də, tələbələr və insan hüquqları müdafiəçiləri onun eyni zamanda mədəni kimliyin mühüm elementi olduğunu bildirirlər.
Hadisənin baş verdiyi təhsil müəssisəsi isə indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Əfsanə
"Cebheinfo.az"

