Növbəti görüşün vaxtını açıqladı
“ABŞ və İran nümayəndələri arasında texniki səviyyədə danışıqlar gələn həftə yenidən keçiriləcək”.
Bu sözləri ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, görüş iyunun 30-da İsveçrədə baş tuta bilər.
Danışıqlarda ABŞ Dövlət Departamenti və Enerji Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Rubio qeyd edib ki, İran danışıqlarda götürdüyü öhdəliklərə əməl etməlidir. Əks halda, ABŞ Prezidenti Donald Tramp sanksiyalar da daxil olmaqla müxtəlif addımlar ata bilər.
O, həmçinin vurğulayıb ki, ABŞ bölgədəki müttəfiqlərinin təhlükəsizliyinə zərər verəcək heç bir razılaşmaya getməyəcək.
Xatırladaq ki, İran və ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi iyunun 21-də başa çatıb. Tərəflər 14 maddədən ibarət memorandumun icrası ilə bağlı texniki məsələləri müzakirə etmişdilər.
"Cebheinfo.az"


