Azərbaycan qızıl ixracından gəlirini 38 %-dən çox artırıb

Azərbaycan qızıl ixracından gəlirini 38 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 167,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 % çoxdur.

Təkcə mayda isə Azərbaycan 36,5 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 40,9% çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"