Safaryan: "TRİPP Ermənistan-ABŞ layihəsidir"

Safaryan: "TRİPP Ermənistan-ABŞ layihəsidir"

Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskvanın TRIPP-də iştirakının layihəyə fayda verəcəyi barədə fikirlərinə münasibət bildirib.

“Yeni Sabah" Newsarmenia-ya istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib:

"Hazırda TRIPP Ermənistan-ABŞ formatında həyata keçirilir, saziş imzalanıb və icra mərhələsindədir. Gələcəklə bağlı hər hansı fikir bildirmək istəməzdim”.

Safaryan əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ-nin normaları ilə tənzimlənir.

"Cebheinfo.az"