Trampı İranı bombalamaq fikrindən onlar DAŞINIDIRIB

Trampı İranı bombalamaq fikrindən onlar DAŞINIDIRIB

ABŞ Prezidenti Donald Tramp cümə günü gecə Qətər, BƏƏ və Pakistanın yüksək vəzifəli rəsmilərinin sözlərindən sonra İrana zərbə endirmək barədə fikrini dəyişib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Politico" Tramp administrasiyasının iki rəsmisinə və söhbətlərdən xəbərdar olan bir diplomata istinadən yazıb.

Tramp ABŞ-nin cümə günü gecə İrana qarşı "çox güclü" hücumlar həyata keçirəcəyini bildirsə də, daha sonra bombardmanı ləğv etdiyini açıqlayıb.

"Prezident Donald Tramp cümə axşamı səhəri tvit ataraq bu gecə İrana qarşı "çox güclü" hücumlar həyata keçirəcəyini bildirib. Qısa müddət sonra Fars körfəzi və Cənubi Asiya ölkələrinin liderləri onu fikrindən daşındırmaq üçün çarəsiz bir cəhdlə Prezidentə zəng ediblər. Onlar ona ilkin razılaşmanın əslində qaçılmaz olduğuna əminlik veriblər", - qəzet yazıb.

Xəzər
“Cebheinfo.az”