Xameneyiyə görə tehranlılar əvəz ödəyəcək

Xameneyiyə görə tehranlılar əvəz ödəyəcək

İsrailin müdafiə naziri İsrael Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni atəşindən sonra Tehran əhalisini hədələyib.

Nazir onların  İslam Respublikası hakimiyyətinin hərəkətlərinin əvəzini "tezliklə ödəyəcəyini” bildirib.

“Cebhinfo.az” xəbər verir ki, Katz özünün “X” sosial media səhifəsində yazıb: "Tehrandakı təkəbbürlü diktator  israil ordusunu onun imkanlarını sarsıdan hücumu davam etdirməkdən çəkindirmək üçün mülki İsrail sakinlərini hədəfə alan qorxaq qatilə çevrilib. Tehran xalqı bunun əvəzini ödəyəcək  və bu, tezliklə olacaq".

Xəzər
“Cebheinfo.az”