Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşıya qoyulmuş tapşırıqlar
Məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.
Yüksək döyüş hazırlığının nümayişi
Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.
Təlimdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
"Cebheinfo.az"