Şeyxin yeni müavini ODUR

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.
"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub. A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.
Qeyd edək ki, C.Rüstəmov həm də Nərimanov rayonu Cümə məscidinin imamıdır.
"Cebheinfo.az"