Cennifer Lopez məhkəməlik oldu

Cennifer Lopez məhkəməlik oldu

Dünyaca məşhur müğənnmi və aktrisa Cennifer Lopez Los-Ancelesdə keçirilən “Amazon MGM Studios” və “Vanity Fair” partisi zamanı çəkilmiş fotolarını sosial şəbəkədə paylaşdığı üçün müəllif hüquqlarını pozmaqda ittiham olunur.

“Cebheinfo.az” xəbər verir ki, Lopezin paylaşımından sonra həmin fotolar bir çox fan səhifələri və moda profilləri tərəfindən də yayımlanıb.

Şəkili çəkən fotoqraf Eduin Blanko və onun əməkdaşlıq etdiyi "Backgrid" şirkəti həmin iki fotonun müəllif hüquqlarının onlara məxsus olduğunu bildirərək Cennifer Lopezə qarşı məhkəmə iddiası qaldırıblar.

Tərəflər fotoların Lopezin ictimai imicini tanıtmaq, istifadəçi marağını artırmaq, paylaşım imkanlarını genişləndirmək və marka dəyərinə etibar qazandırmaq məqsədilə istifadə edildiyini iddia ediblər.

Hüquqi sənədlərdə qeyd olunub ki, "Backgrid" şirkəti və Eduin Blanko Lopezin həmin fotoları paylaşmasından sonra onun nümayəndələri ilə əlaqə saxlayaraq razılaşma və ödəniş məsələsində ortaq məxrəcə gəliblər. Lakin Lopez bu razılaşmanı hələ imzalamayıb.

Qeyd edək ki, fotoda yer alan şəxs həmin fotonun müəllif hüququna sahib deyil.

Müəllif hüququ adətən fotonu çəkən şəxsə və ya onun çalışdığı şirkətə məxsus olur. Fotodan kimlərin istifadə edə biləcəyinə və bunun üçün nə qədər ödəniş edilməli olduğuna da onlar qərar verir.

Həmçinin, Cennifer Lopez daha əvvəl, 2019 və 2020-ci illərdə də başqaları tərəfindən çəkilmiş fotolarını paylaşdığı üçün hüquqi məsuliyyətlə üzləşmişdi.Eyni səbəbdən Dua Lipa və Cici Hadid kimi məşhurlar da oxşar məhkəmə iddialarının hədəfi olublar.

Əfsanə Rəcəb
“Cebheinfo.az”