Hansı partiya birincidir? - SORĞU

Türkiyədə siyasi partiyaların reytinqi ilə daha bir sorğu keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən sorğu 17-20 may tarixlərində "ORC Araşdırma” şirkəti tərəfindən təşkil olunub.
41 bölgədə keçirilən soğruda 4 min 220 nəfər iştirak edib. Respondentlərdən bu bazar seçki olsa, hansı partiyaya səs verəcəkləri soruşulub.
Cümhuriyyət Xalq Partiyası (CHP) ən çox adıçəkilən partiya olaraq birinci olub.
Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) isə ikinci sırada qərarlaşıb.
Hazırda aparılmış sosioloji sorğunun nəticələrini təqdim edirik:
1. Cümhuriyyət Xalq Partiyası (CHP) – 30,5 %
2. Ədalət və İnkişaf Partiyası (AK Parti) – 28,2 %
3. Milliyətçi Hərəkat Partiyası (MHP) – 7,5 %
4. Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) – 7,1 %
5. Zəfər Partiyası – 4,4 %
6. İYİ Partiya – 4,2 %
7. Yenidən Rifah Partiyası – 4,0 %
8. Gələcək Partiyası – 3,1 %
9. Anahtar Parti – 2,7 %
10. Böyük Birlik Partyası (BBP) – 2,4 %.
Elmir Mustafa
“Cebheinfo.az”