Bakıda binanın divarı avtomobillərin üzərinə aşdı: Görüntülər
Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb.
"Cebheinfo.az" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Qarabağ küçəsində baş verib.
Bir müddət əvvəl söküntüsü aparılmış 4 mərtəbəli binanın yolun kənarında olan qalıq hissəsi qəfil uçub.
Divar ərazidə park edilmiş avtomobillərin üzərinə aşıb.
Hadisə anı ərazidəki kamera tərəfindən anbaan lentə alınıb.
Daha ətraflı süjetdə:
"Cebheinfo.az"

