Gürcüstanda 3 il əvvəl azərbaycanlını qətlə yetirdiyi deyilən şəxs saxlanılıb

Gürcüstan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü M.A. adlı şəxs saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, o, 2022-ci il sentyabrın 21-də Kaxeti rayonunun kəndlərindən birində 1986-cı il təvəllüdlü azərbaycanlı Aydın Həmzəyevi qəsdən öldürməkdə və qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə istintaq aparılır.
Təqsirləndirilən şəxsi 15 ilə qədər həbs cəzası gözləyir.
"Cebheinfo.az"