İstanbulda Rusiya-Ukrayna görüşü başladı

İstanbulda Rusiya-Ukrayna görüşü başladı

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətə Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.

Ukrayna nümayəndə heyətinə isə Prezident Volodimir Zelenski rəhbərlik edir. O, İstanbul görüşlərində iştirak etməyəcək. Görüşdən əvvəl Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

"Cebheinfo.az"