Bakı-Quba yolunda avtobus yük maşını ilə toqquşdu

Bakı-Quba yolunda avtobus yük maşını ilə toqquşdu

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində, yolun Sumqayıtdan keçən hissəsində baş verib.

Bildirilib ki, avtobus geridönmə əməliyyatı edərkən yük maşını ilə toqquşub:

"50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobusunun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb".

https://t.me/oxuaze/135736

"Cebheinfo.az"