Bakı və Sumqayıtda naqil oğurlayanlar saxlanıldı

Bakı və Sumqayıtda naqil oğurlayanlar saxlanıldı

Sumqayıt şəhəri ərazisində naməlum şəxs şirkətlərdən birinin həyətinə daxil olaraq orada olan naqillləri və digər avadanlıqları oğurlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı F.Kərimov saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən olunub ki, o, şəhər ərazisində digər bir şəxsin yaşadığı evin həyətindən məişət əşyalarını da oğurlayıb.

Bundan başqa Ələt qəsəbəsi ərazisində yerləşən sexdən 200 metr naqil oğurlayan əvvəllər məhkum olunmuş 40 yaşlı A.Süleymanov və 26 yaşlı V.Balayev də saxlanılıblar.

Araşdırmalar aparılır.

"Cebheinfo.az"