Lavrovun Ermənistana səfərinə hazırlıq görülür

Lavrovun Ermənistana səfərinə hazırlıq görülür

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə bağlı hazırlıq görülür”​. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

“Sergey Lavrovun Ermənistana səfəri ilə bağlı deyə bilərəm ki, bu məsələ ilə bağlı hazırlıqlar görülür. Bu barədə mütləq ətraflı məlumat paylaşacağıq”, - deyə diplomat bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Rusiya XİN rəhbərinin Ermənistana səfərinin gözlənildiyini açıqlamışdı.

"Cebheinfo.az"