“Real Madrid”in ulduzuna qarşı şok ittiham

“Real Madrid”in ulduzuna qarşı şok ittiham

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Raul Asensio və onun üç keçmiş komanda yoldaşı, biri yetkinlik yaşına çatmayan iki qadının cinsi xarakterli görüntülərini onların razılığı olmadan çəkərək yaymaqda ittiham edilir. 

"Cebheinfo.az" xəbər verir ki, Raul Asensio ilə birlikdə klubun gənclər komandasında oynamış keçmiş futbolçular, Andres Qarsia, Ferran Ruiz və Xuan Rodrigesə də cinayət işi açılıb.

Kanar Adaları Ali Məhkəməsi çərşənbə günü günortadan sonra yaydığı rəsmi hesabatda bildirir ki, istintaqa rəhbərlik edən hakim ilkin araşdırmanı başa çatdıraraq dörd şübhəli barəsində cinayət təqibinə başlamaq üçün rəsmi qərar çıxarıb. 

Bu qərar, prokurorluğa rəsmi şəkildə ittiham irəli sürmək və məhkəmə işi açmaq imkanı yaradır.

Əfsanə Rəcəb
"Cebheinfo.az"