Sarkozi elektron qolbaqdan azad edilib

Sarkozi elektron qolbaqdan azad edilib

Fransanın keçmiş prezidenti, 2007-2012-ci illərdə ölkəsinə rəhbərlik etmiş Nikolya Sarkozi elektron qolbaqdan azad edilib.

Oxu.Az bu barədə "Liberation" qəzetinə istinadən xəbər verib.

N.Sarkozi 2025-ci il fevralın 7-dən elektron qolbaq taxırdı.

Xatırladaq ki, Nikolya Sarkozi prezident olduğu zaman nüfuzdan sui-istifadədə və istintaq sirrini pozmaqda təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, sabiq dövlət başçısı cəzasını həbsxanada deyil, elektron qolbaqla evində çəkməli idi.

O, Fransa tarixində elektron qolbaq taxmağa məhkum edilən ilk prezidentdir.

"Cebheinfo.az"