Tramp Yaxın Şərq turnesinin sonunda BƏƏ-yə səfər etdi

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq turnesinin son dayanacağı kimi Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Sky News Arabia" telekanalı yayıb.
Bildirilir ki, prezidentin "Air Force One" təyyarəsi artıq Əbu-Dabi Beynəlxalq Hava Limanına eniş edib.
Səfər çərçivəsində Trampın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və digər yüksək vəzifəli şəxslərlə görüşləri nəzərdə tutulub.
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzularının süni intellekt və qabaqcıl texnologiyalar sahəsində ABŞ-BƏƏ əməkdaşlığı olacağı gözlənilir.
"Cebheinfo.az"