Tramp: “Uşağın əlindən konfet alan kimi 350 milyardımızı aldılar”

Tramp: “Uşağın əlindən konfet alan kimi 350 milyardımızı aldılar”

“Ağ Evin əvvəlki rəhbəri Co Baydenin dövründə Ukrayna ABŞ-dən 350 milyard dollar yardımı sanki “uşağın əlindən konfet alan” kimi asanlıqla alıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Həqiqətən ümid edirəm ki, Rusiya və Ukrayna nəsə edə bilər, çünki buna son qoyulmalıdır. Biz 350 milyard dollar xərclədiyimizə görə heç bir hesabat tələb etmədən sadəcə onlara pul verdik. 

Bu, tarixin ən böyük satışı ola bilər. Volodimir Zelenski hər dəfə ABŞ-yə gələndə yüz milyardlarla çıxıb gedirdi. Yaxşı sövdələşmədir. Sanki uşağın əlindən konfet alırdılar. Bu, əvvəlki administrasiyanın apardığı xətt idi”, - deyə Tramp Dohada ABŞ və Qətərin biznes liderləri ilə görüşdə deyib.

Xəzər
“Cebheinfo.az”