Tovuzda zəhərlənən digər şəxslərin adları məlum olub - YENİLƏNİB - 8

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 28 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
20:43
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
20:23
Tovuzda dönərdən zəhərlənən digər şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə zəhərlənənlər 2012-ci il təvəllüdlü Qədir Yusofov,1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.
Qeyd olunur ki, zəhərlənən qadınlardan biri hamilə olub.
20:20
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu haqda TƏBİB-in APA-nın sorğusuna cavabında deyilir.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
19:34
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 20 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
19:26
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 17 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
19:10
Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
18:59
Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən şəxslərlər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova, 1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cü il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-ci il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.
Hazırda onlara xəstəxanada yardım edilir.
18:25
Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlər arasında azyaşlıların da olduğu bildirilir.
"Cebheinfo.az"