Velosipedlə vurulan kişi 2 həftə sonra öldü

Velosipedlə vurulan kişi 2 həftə sonra öldü

İsmayıllıda iki həftə əvvəl xəsarət almış şəxs vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iyunun 11-də İsmayıllı şəhəri ərazisində Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Yerə yıxılan S.Eyyubov həmin vaxt başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş şəxs iyunun 24-ü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"