Hökməlidə şəhid adına olan küçənin təmiri yekunlaşır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonu Hökməli qəsəbəsində şəhid Zülfüqar Qubatov küçəsində təmir-bərpa işlərini yekunlaşdırmaq üzrədir.
"Cebheinfo.az" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, küçənin uzunluğu 600 metr, eni 6 metrdir.
Layihəyə uyğun olaraq, küçədə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçənin profilə salınması prosesi həyata keçirilib.
Hazırda “İnşaat Norma və Qaydaları”na uyğun olaraq əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev və uzunluğu 850 metr olan Elşən Müslümov küçələrində də analoji təmir-bərpa işləri aparılır.
"Cebheinfo.az"