Silahlı Qüvvələr Gününə həsr olunan kütləvi qaçış yarışı keçiriləcək

İyunun 26-da Dənizkənarı Milli Parkda 10 km məsafəyə kütləvi qaçış yarışı keçiriləcək.
Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələr Gününə həsr olunan turnirə saat 07:00-da "Yeddi gözəl" fəvvarəsinin yaxınlığında start veriləcək.
"Cebheinfo.az"