Ali Məhkəmədə sədrlərlə görüş keçirilib

Ali Məhkəmədə sədrlərlə görüş keçirilib

2025-ci il iyunun 25-də Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiyası məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun sədrliyi ilə aparılan iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. 

Apellyasiya instansiyası məhkəmələrinə kassasiya instansiyasının qərarlarında əksini tapan hüquqi mövqelərə riayət edilməsi və bu mövqelərin vahid hüquqi yanaşmalarla tətbiq olunması barədə tövsiyələr verilib.

"Cebheinfo.az"