Nigar Fərhad efirə qayıdır: Telekanal qərarını dəyişdi?

Nigar Fərhad efirə qayıdır: Telekanal qərarını dəyişdi?

"Atasız qız" qalmaqalına görə efirdən uzaqlaşdırılan aparıcı Nigar Fərhad yenidən efirə qayıdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nigar Fərhadın özü sosial media hesabında bildirib.

İzləyicilərinin “Yenidən efirə çıxa bilərsiniz?” sualına aparıcı bu cür cavab verib:

“Əlbəttə, çox yaxında. Anlaya bilmirəm bəzilərinizi. Mən heç kimi təhqir etməmişəm. Dediyimi cümlə-aləm bildi ki, mən nəyi, niyə demişəm. Mən hələ də efirə buraxılanın kəsilmiş versiyasını yox, tam bildirdiyim versiyanı da təkrarlayıram:

"Mən pozğun ananın qızını – hansı ki ərinə hörmət qoymur, qızını pozğunluğa sövq edir və qızı bu halından məmnun qalaraq atasını saymır – elə atasız oğluma belə almıram! Elə siz də almazsınız!" Mən özüm atasızam.

Məntiqinizi işə salın da! Özü atasız olan biri necə başqalarına – atasızlara – söz deyə bilər ki?!

Bəzilərinizə küyə getmək lazım idi. Bəziləri isə iç üzlərini göstərdilər... Amma ədalət hər zaman ədalət qalır.

Bilə-bilə mən nə demək istəmişəm – bunu anlamanıza baxmayaraq – əsəbdən, bəziləri paxıllıqdan günaha girib qəlb qırdılar".

Xatırladaq ki, Nigar Fərhad bir müddət əvvəl aparıcısı olduğu televiziya verilişində səsləndirdiyi “atasız qız almaram” ifadəsi ilə ciddi ictimai qınağa tuş gəlmişdi. Sözügedən fikirlər cəmiyyətin müxtəlif təbəqələri tərəfindən kəskin tənqid olunmuş, bu açıqlamanın ayrı-seçkilik xarakteri daşıdığı və etik normalara zidd olduğu vurğulanmışdı. Baş verənlərin ardından o, efir fəaliyyətindən uzaqlaşdırılmış və verilişdə iştirakına son verilmişdi. (Musavat.com)

"Cebheinfo.az"