Sumqayıtda məişət tullantıları yanır - YENİLƏNİB - VİDEO

Sumqayıtda məişət tullantıları yanır - YENİLƏNİB - VİDEO

Sumqayıtda baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, 2000 kvadratmetr ərazidə qamışlıq və məişət tullantıları yanıb.Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

***

16.29

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində yerləşən avtomobil təmiri sexinin ərazisində baş verib. Əraziyə toplanan məişət tullantıları yanır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

https://t.me/apa_az/99871

"Cebheinfo.az"