Sabiq baş nazir həbsdə aclıq EDİR

Çadın müxalifət lideri və sabiq baş nazir Sükses Masra həbs olunmasına etiraz olaraq dünən aclıq aksiyasına başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Masra partiyası tərəfindən dəstəkləyicilərinə paylaşılmış məktubunda belə yazıb:
“Bu axşamdan (24 iyun) etibarən hamınızla həmrəy olmaq və ədalətsizliklərə etiraz məqsədilə aclıq aksiyasına başlayıram”.
O, 40 gün əvvəl saxlanıldığından bəri həm özünün, həm də tərəfdarlarının tutulma səbəbinə aydınlıq gətirilmədiyini bildirib.
Xatırladaq ki, İnsan Hüquqlarının Monitorinqi Təşkilatı ötən ay Masranın “əgər barəsində qanuni ittiham irəli sürülməyibsə” dərhal azadlığa buraxılması çağırışını etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"