Bir qrup Konqo vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

Bir qrup Konqo vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

"Astara" sərhəd-keçid məntəqəsindən daha bir qrup xarici vətəndaş təxliyə olunub.

"Cebheinfo.az" xəbər verir ki, "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə yola salınan şəxslər Konqo Demokratik Respublikasının vətəndaşı olan 12 nəfər tələbə olub.

Qeyd edək ki, bir sıra xarici ölkələr İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan hökumətinə müraciət ünvanlayıb. Azərbaycan isə humanitar dəyərlərə sadiq qalaraq, həmin şəxslərin ölkə ərazisindən təhlükəsiz və maneəsiz keçidi üçün bütün zəruri şəraiti təmin edib.

"Cebheinfo.az"