COP31-ə Antalyanın namizədliyi irəli sürülüb

COP31-ə Antalyanın namizədliyi irəli sürülüb

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Davamlı gələcəyin formalaşdırılması: Türkiyənin iqlimlə bağlı fəaliyyət şəbəkəsi” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dəstək olmağa çağırıb.

Sonra Türkiyənin COP31-ə dair video-təqdimatı nümayiş olunub.

Sonda Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi departament rəhbəri Aysin Tutpancı COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dair təqdimatla çıxış edib.

"Cebheinfo.az"