Almaniya Norveçdən raketlər alacaq

Almaniya Norveçdən raketlər alacaq

Almaniya Norveç istehsalı olan Birgə Zərbə Raketləri (JSM) almağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Bu raketlər Almaniyanın “F-35” döyüş təyyarələrində istifadə olunacaq.

Bildirilib ki, təxminən 677 milyon avro dəyərində olan alışla bağlı razılaşma Almaniyanın müdafiə naziri Boris Pistorius və norveçli həmkarı Tore Sandvik tərəfindən Niderlandın Haaqa şəhərində keçirilən NATO zirvəsində imzalanıb.

Raketlər Norveçin Kongsberg "Defense & Aerospace" şirkəti tərəfindən ABŞ-nin "Raytheon Missiles & Defense" şirkəti ilə əməkdaşlıqda hazırlanıb və xüsusilə “F-35” qırıcıları üçün uyğunlaşdırılıb.

İnkişaf etmiş sensorlarla təchiz olunmuş və hər biri 416 kiloqram çəkidə olan bu raketlər təxminən 350 kilometr məsafədə həm quru, həm də dəniz hədəflərini məhv etməyə qadirdir.

Nigar Hacılı 
"Cebheinfo.az"