69 yaşlı qadın evində baltalanaraq öldürüldü

69 yaşlı qadın evində baltalanaraq öldürüldü

Masallı rayonunda qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən səhər saatlarında Şıxlar kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb.

Məlum olub ki, o, gecə saatlarında yaşadığı evdə baltalanaraq qətlə yetirilib.

Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.

Cinayətdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

"Cebheinfo.az"