“20 kişi ilə illərdir meşədə qaçıram, o isə...” - FOTOLAR

“20 kişi ilə illərdir meşədə qaçıram, o isə...” - FOTOLAR

“İndiyədək çəkildiyim serialların hamısı kişilərlə olub”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri türkiyəli aktyor Oktay Kaynarca deyib.

“Bəxtsiz biriyəm. Sonuncu layihəm istisna olmaqla bu günə qədər çəkildiyim ekran işlərində kişilərin arasında olmuşam. Meşənin ortasında, əlimdə silah, 20 nəfər kişi ilə illərdir qaçıram... Halit Ergençə baxın, adam hərəmdə (“Muhteşem Yüzyıl” serialında “Sultan Süleyman” obrazını nəzərdə tutur - red.) seriala çəkildi. Bu, bəxt işidir”, - deyə aktyor söyləyib.

Onun bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, O. Kaynarca hələlik son kriminal xarakterli  “Ben bu cihana sığmazam” serialında rol alıb. Hazırda isə “Kim milyoner olmak ister?” verilişinin aparıcılığını edir.

H. Ergenç isə hazırda “Kral kaybederse” serialında baş rol “Kənan”a həyat verir.

"Cebheinfo.az"