Kameralar qarşısında kosmetika yeyən bloger öldü - FOTO

Tayvanda kamera qarşısında kosmetik məhsullar yeyən bloger ölüb.
İnternetdə "Guava Beauty" adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib. O, kamera qarşısında dodaq boyası və ənliklər yeyib.
İzləyicilərin əksəriyyəti onun bu davranışını təhlükəli hesab edib və şərhlərdə dəfələrlə kosmetik məhsulların yeyilməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ancaq bloqer buna qulaq asmayıb.
Sonradan profilində gənc qızın öldüyü barədə açıqlama yerləşdirilib, ailəsi isə onun vəfat etdiyini rəsmən təsdiqləyib.
Mərhumun abunəçiləri onun kimyəvi zəhərlənmədən ölə biləcəyinə inanırlar. (Milli.Az)
"Cebheinfo.az"