Safurə övladlarının xoş günündən paylaşım etdi - FOTOLAR
“Avroviziya” təmsilçilərimizdən olan Safura Əliyeva ailəsi ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb.
"Cebheinfo.az" xəbər verir ki, müğənni həyat yoldaşı Fərhad Əliyevlə birlikdə övladlarının növbəti dərs ilini başa vurması münasibətilə keçirilən tədbirə qatılıb.
Safura sosial şəbəkə hesabında oğlu Natik və qızı Ayşənin diplomla təltif olunduğu anları, eləcə də tədbirdən çəkilən səmimi ailə fotolarını paylaşıb.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir.
Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar. (Axşam.az)
"Cebheinfo.az"


